Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Hercules C-130” təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.
1xeber.media xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
Təyyarənin göyərtəsində 100-dən çox hərbçinin olduğu bildirilir.
Ölkənin müdafiə naziri Pedro Sançez hadisəni təsdiqləyib.
Ölən və yaralananların sayı barədə məlumat verilməyib.
***
Göyərtəsində 110-dan çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğramasından sonra 57-yə yaxın hərbçi xilas edilib.