Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya 90 milyard avroluq Avropa Birliyi (AB) kreditini bloklamaqla ölkəsinin maraqlarını müdafiə edir.
1xeber.media xəbər verir ki, Fransanın sağçı Milli Yürüş partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bunu sosial mediada yazıb.
"Viktor Orban Ukraynaya 90 milyard avroluq Aİ kreditini veto etməklə ölkəsinin maraqlarını müdafiə edir. Ölkənin maraqlarını müdafiə etdiyinə görə ona qəzəblənə bilərəmmi? Əlbəttə ki, yox", - Le Pen yazıb.
Siyasətçi qeyd edib ki, Drujba boru kəməri ilə neft tədarükü Macarıstan üçün həyati əhəmiyyət kəsb edir.
Daha əvvəl Marin Le Pen Ukraynanın Aİ-yə daxil olmasının Fransanın kənd təsərrüfatı sektoruna mənfi təsir göstərəcəyini bildirmişdi.