Alman İnformasiya Agentliyi (DPA) yazıb ki, böyük şəhərlərdəki iranlılar kəskin artan qiymətlərdən əziyyət çəkirlər. Müharibənin xüsusilə cəmiyyət üçün çətin sınağa çevrildiyi bildirilib.
1xeber.media xəbər verir ki.agentliyə danışan Tehranda elə də böyük olmayan supermarketi olan 40 yaşlı sakin əksər məhsulların qiymətinin az qala hər gün artdığını söyləyib. Onun deyib ki, hər dəfə yeni sifariş verəndə qiymətlərin niyə daima artdığına təəccüblənib:
“İdxal mallarının və siqaretlərin qiyməti xüsusilə sürətlə artır. Alıcılar daima qiymətlərdən şikayət edirlər, amma hələlik bununla barışmalı oluruq”.
O insanların yalnız ilkin tələbat malları aldıqlaırnı deyib:
“Çox ailələr müharibələrdən yorulublar. Tehranın milyonlarla sakininin yuxusu şəhər üzərindən uçan qırıcılarla və ya bombardmanlarla pozulur”.
Bir taksi sürücüsü isə DPA müxbirinə deyir ki, ət, toyuq və meyvələrin qiyməti hər iki-üç gündən bir artır. O, çox çətin vəziyyətdə olmasından və həyat yoldaşı ilə pullarının qurtarmasından şikayətlənir. Taksi sürücüsü də işini davam etdirməsi üçün müharibənin tez zamanda qurtaracağına ümid edir.
Tehrandakı valyuta treyderi olan Davud isə avro və dollara tələbatın azalmasından danışır:
“Çox müəssisələr internetin qapadılmasından sonra yoxa çıxdı. Əvvəllər valyuta əməliyyatlarının 90%-i BƏƏ ilə ticarətlə bağlı idi. İdxalın böyük hissəsi cənub marşrutu ilə olurdu”.
Davud deyir ki, İranın BƏƏ-ni vurması yəqin ki, onları da gələcəkdə ciddi problemlərlə üz-üzə qoyacaq.
ABŞ, İsrail-İran müharibəsi fevralın sonundan davam edir. Müharibədən öncə İranın iqtisadi vəziyyəti gərgin idi. Müharibənin başlanmasından sonra İranın ölkədə internetə girişi bağlaması, hazırda ölkə daxilindəki real vəziyyət barədə məlumat alınması imkanlarını da çətinləşdirib.