Tehran BMT-nin Beynəlxalq Dəniz Təşkilatına (IMO) bildiriş göndərərək bəyan edib ki, onun tərəfindən düşmən kimi qəbul edilməyən ölkələrin gəmiləri İran hakimiyyəti ilə koordinasiya şərti ilə Hörmüz boğazından keçə biləcəklər.
1xeber.media-nın məlumatına görə,sənəddə qeyd olunur ki, İslam Respublikası "təcavüzkarların və onların tərəfdarlarının Hörmüz boğazından İrana qarşı düşmənçilik əməliyyatları aparmaq məqsədilə istifadə etmələrinin qarşısını almaq üçün zəruri və mütənasib tədbirlər görüb".
Tehran məktubda həmçinin bildirib ki, ABŞ və İsrail ilə əlaqəli gəmilər, eləcə də "təcavüzün digər iştirakçıları" Fars körfəzini Oman körfəzi və daha sonra Hind okeanı ilə birləşdirən boğazdan "qeyri-düşmən keçid" hüququna malik deyillər.