Neft qiymətlərində ucuzlaşma müşahidə edilir.
1xeber.media xəbər verir ki, "Brent" markalı neftin fyuçersləri 4,89 dollar və ya 4,7% azalaraq 97,57 dollara düşüb.
"WTI" neftinin qiyməti isə 3,54 dollar və ya 3,8% azalaraq 88,81 dollar olub.
Qeyd edək ki, qərb mətbuatdında dərc olunan xəbərlərə görə, ABŞ-nin İranla müharibəyə son qoymaq üçün 15 maddəlik plan göndərdiyi deyilir.
İlkin proqnozlara əsasən, Vaşinqton və Tehran arasında sülhün əldə olunnması neft qiymətlərini əvvəlki məcrasına qaytaracağı güman edilir.