Вернуться назад Распечатать

Rusiyanın döyüş buzqıran gəmisi vuruldu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Leninqrad vilayətinə hücum zamanı Rusiyanın döyüş buzqıran gəmisinin vurulduğunu təsdiqlədi

1xeber.media xəbər verir ki,ilkin məlumata görə, söhbət Rusiya FSB-nin sərhəd xidmətinin tərkibinə daxil olan 23550 layihəli "Purqa" patrul buzqıran gəmisindən gedir.
Baş Qərargahdan izah ediblər ki, bu tip gəmilər həm buzqıran, həm də hərbi gəmi tapşırıqlarını yerinə yetirirlər.
"Agentstvo" qeyd edib ki, bu, ehtimal ki, Ukrayna dronunun Baltik dənizi akvatoriyasında Rusiyanın hərbi gəmisinə zərər vurduğu ilk hadisədir.