Вернуться назад Распечатать

Ermənistan və Qarabağ elitaları 30 il ərzində Qarabağ xalqını girov statusunda saxlayıb

 Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan və Qarabağ elitaları 30 il ərzində Qarabağ xalqını girov statusunda saxlayıb.

1xeber.media xəbər verir ki,Paşinyan bu barədə parlamentdəki hökumət saatı zamanı bildirib.
Qarabağ hərəkatına toxunan Paşinyan deyib:
«Ermənistan və Qarabağ elitaları Qarabağ xalqını girov saxlayıblar. İnsanları 30 il qeyri-müəyyənlikdə saxlamaq, normal təhsil sistemi və s. yaratmamaq...
Bunun nə demək olduğunu anlayırsınızmı?
Onlar Qarabağı ciddiyə alırdılar? Xeyr, almırdılar.
Mən 2018-ci ildə sual verirdim: Qarabağdan neçə nəfər dünyanın ən yaxşı universitetlərində təhsil alıb geri dönüb? Onları barmaqla saymaq olar və hamısı da şəxsi əlaqələr sayəsində gedən nüfuzlu ailələrin nümayəndələridir. Qarabağ xalqını kollektiv adı "qaçanlar" olan həmin insanlar girov saxlayıblar».
O, vaxtilə bəzi generalları "qorxaq xainlər" adlandırdığını xatırladıb.
«Bəli, qorxaq xainlər və qaçan elitalar Ermənistan dövlətçiliyini, Ermənistan və Qarabağ xalqını girov saxlayanlar kimi tarixdəki öz yerlərinə layiqdirlər», - deyə baş nazir vurğulayıb.