Вернуться назад Распечатать

ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən Rusiya gübrə ixracından böyük mənfəət əldə edib

ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən Rusiya gübrə ixracından böyük mənfəət əldə edib 

1xeber.media xəbər verir ki,bu barədə  FT məlumat yayıb.

Yaxın Şərqin iri gübrə tədarükçüləri işini dayandırıb və ya Hörmüz boğazı vasitəsilə ixracda problemlər yaşayırlar. Bununla əlaqədar olaraq, gübrə qiymətlərinin kəskin artması Rusiyaya əlavə mənfəət gətirir, deyə “Financial Times” yazır. İranın Hörmüz boğazını blokadaya alması Rusiya tədarükünə mane olmur.
FT qeyd edir ki, Rusiyanın dünya gübrə bazarındakı dominantlığı hətta neft-qaz bazarındakı mövqelərindən daha güclüdür: ammonyak ixracının 23%-i, sidik cövhərinin (karbamid) 14%-i, Belarusla birlikdə isə kalium gübrələrinin 40%-i onun payına düşür.
ABŞ və İran arasındakı müharibənin başlanğıcından bəri Yaxın Şərqdə sidik cövhərinin qiyməti 44% artaraq bir ton üçün 670 dolları ötüb.