ABŞ ilə danışıqlar aparan iranlı nümayəndələr öldürüləcəklərindən qorxurlar
1xeber.media xəbər verir ki,bu barədə Tramp danışıb.
ABŞ prezidenti bildirib ki, İran rəsmiləri Vaşinqtonla sülh danışıqlarında iştirak edirlər, lakin öldürülməkdən ehtiyat etdikləri üçün bunu inkar edirlər.
“Yeri gəlmişkən, onlar danışıqlar aparırlar və saziş bağlamağı çox istəyirlər. Amma bu barədə danışmağa qorxurlar, çünki hesab edirlər ki, onları öz həmvətənləri öldürəcək. Onlar həmçinin bizim onları öldürəcəyimizdən də qorxurlar” - deyə o, ABŞ paytaxtında keçirilən tədbirdə bildirib.