İranın Pakistandakı səfiri ABŞ ilə danışıqlar barədə xəbərləri təkzib edib.
1xeber.media bu barədə yerli KİV istinadla xəbər verir.
“Məndə olan məlumata görə, Trampın iddialarının əksinə olaraq, indiyədək heç bir danışıqlar - nə birbaşa, nə də dolayı - aparılmayıb” - bunu Reza Əmiri Müqəddəm dövlət agentliyi IRNA-ya müsahibəsində bildirib.
Səfir təsdiqləyib ki, “dost ölkələr” - Pakistan, Türkiyə və Oman kimi dövlətlər - dialoq üçün şəraitin formalaşdırılması istiqamətində həqiqətən səylər göstərirlər, lakin Tehran hələ müzakirələrin aktiv mərhələsinə keçməyib.