Вернуться назад Распечатать

Ağdamda mina partlayışı –Yaralanan var

Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.

1xeber.media xəbər verir ki,Musavat.com-un məlumatına görə, hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerindədir.

Faktla bağlı araşdırma davam edir.