Вернуться назад Распечатать

İran prezidenti Rusiyaya rus dilində müraciət edib

İran Prezidenti Məsud Pezeşkian Rusiyaya rus dilində dəstəyinə görə təşəkkür edib.

1xeber.media xəbər verir ki, Müvafiq paylaşım onun X sosial media səhifəsində dərc edilib.

"Prezident Putinin mesajları və Rusiya xalqının dəstəyi bizi bu müharibədə ruhlandırır", - deyə o bildirib.

21 martda Rusiya Prezidenti Vladimir Putin Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneiyə və Prezident Məsud Pezeşkiana ünvanladığı mesajda İran xalqına bu çətin sınaqların ləyaqətlə başa çatmasını arzulayıb. O, Moskvanın Tehranın sadiq dostu olaraq qaldığını vurğulayıb.