Вернуться назад Распечатать

Uitkoff İranla razılaşmadan danışdı: Ehtimal güclüdür...

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-ın İrana 15 maddəlik addımlar siyahısı təqdim etdiyini təsdiqləyib.

1xeber.media xəbər verir ki, bu barədə Uitkoff danışıb.

Uitkoff razılaşmanın əldə edilməsi ehtimalının güclü olduğunu vurğulayıb:

"Əgər razılaşma baş verərsə, bu, İran, bütün region və ümumilikdə dünya üçün əla olacaq".

Qeyd edək ki, Tehran ABŞ-ın 15 maddəlik təklifini rədd edərək, 5 şərt irəli sürüb.