Fars əyalətində konserv qutularından istifadə edilməklə həyata keçirilən hücum nəticəsində azı 5 nəfər həlak olub.
1xeber.media xəbər verir ki,məlumatlara görə, partlayıcı qurğular “Bəsic” üzvləri və təhlükəsizlik qüvvələri arasında paylanılan konserv qutularının daxilinə yerləşdirilib və qutular açılan zaman partlayıb. Hadisə nəticəsində azı 5 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. İran rəsmilərinin xəbərdarlığından sonra ərzaq yardımının paylanılması dayandırılıb.
Bu hücum adi əşyaların silaha çevrildiyi Livandakı “peyser” partlayışları ilə eyni sxemə uyğun gəlir.
İsrailin bu əməliyyatı Livan hücumlarına bənzər şəkildə həyata keçirib-keçirmədiyi və gələcəkdə bu cür gizli əməliyyatların davam edib-etməyəcəyi sual altındadır.