Вернуться назад Распечатать

Qalibaf Trampa xəbərdarlıq edərək, heç kimin İrana ultimatum verə bilməyəcəyini bəyan edib

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edərək, heç kimin İrana ultimatum verə bilməyəcəyini bəyan edib.

1xeber.media xəbər verir ki,Qalibaf İran xalqına müraciət edərək bu fikirləri səsləndirib:
“Qəhrəman İran milləti! Sizin 25 gecə boyu küçələrdəki varlığınız və silahlı qüvvələrin fədakarlığı əziz İranın tarixi qələbəsi üçün şərait yaratdı.”
O, özünün “X” hesabındakı paylaşımında vurğulayıb ki, heç kim İrana və iranlılara ultimatum verə bilməz.
“Övladlarınız tam qələbə qazanılana və bu məşum “müharibə-atəşkəs-müharibə” dövranı qırılana qədər bu fürsəti əldən verməyəcək” - deyə spiker qeyd edib.