Вернуться назад Распечатать

Maduroya qarşı qaldırılan iş üzrə ikinci məhkəmə iclası başa çatıb

Manhetten federal məhkəməsində Venesuela prezidenti Nikolas Maduroya qarşı qaldırılan iş üzrə ikinci məhkəmə iclası başa çatıb.

1xeber.media yerli KİV istinadla xəbər verir ki,təxminən saat yarım davam edən dinləmədə əsas müzakirə mövzusu ABŞ hökumətinin Nikolas Maduro və xanımı Siliya Floresin hüquqi xidmət haqlarının Venesuela hökuməti tərəfindən ödənilməsinə mane olması amili olub.
Hakim Elvin Hellerstayn Venesuela prezidenti Nikolas Maduroya qarşı işə xitam verməkdən imtina edib.
O qeyd edib ki, ABŞ rəsmiləri Venesuela hökumətinin hüquqi xərcləri ödəməsinə mane olduqları üçün Maduro və xanımı Siliya Floresə qarşı işi bağlamaq niyyətində deyillər.
Maduronun vəkili Barri Pollak bildirib ki, Maduro və Flores hüquqi xərclərini müstəqil şəkildə ödəyə bilmirlər və Venesuela hökumətinin onların müdafiəsini maliyyələşdirmək hüququna malik olmasında israr edirlər.