Вернуться назад Распечатать

Rusiya restoranlarına artıq heç kim getmir

Rusiyada restoran biznesi 2026-cı ilin əvvəlində son bir neçə onillikdə görünməmiş miqyasda müştəri sayının azalması ilə üzləşib.

1xeber.media yerli KİV istinadla xəbər verir ki,illik müqayisədə bir çox restoran şəbəkələrində gediş-gəliş 10-15%, bəzilərində isə 30-40% azalıb. Restoran sahibləri və Otelçilər Federasiyasının vitse-prezidenti Aleksey Nebolsin konstatasiya edir ki, ilin əvvəlindən bəri restoranlarda müştəri axını və gəlir son 25 ilin minimum səviyyəsinə düşüb.
Əsas səbəblərdən biri əhalinin real gəlirlərinin ötən ilin yayından başlayan azalmasıdır.
Ciddi problemlər Yeni ildən sonra restoran biznesi, qida və spirtli içki tədarükçüləri üzərinə düşən vergi yükünün artması fonunda kəskinləşib.
Müştəri sayının azalması ilə paralel olaraq restoran və barların kütləvi bağlanma dalğası başlayıb. Yanvar-fevral aylarında iaşə sahəsində ləğv edilən şirkətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artaraq 7,3 min təşkilata çatıb. Eyni zamanda yeni müəssisələrin açılmasına olan maraq kəskin şəkildə azalıb.