İran ABŞ-ın quru müdaxiləsi başlayacağı təqdirdə, ölkənin müdafiəsi üçün 1 milyondan çox döyüşçünü səfərbər etməyə hazırdır.
1xeber.media xəbər verir ki,“Tasnim” agentliyinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-ın İran ərazisində quru əməliyyatına başlama ehtimalı ilə bağlı artan fərziyyələr fonunda iranlı döyüşçülər arasında amerikalılar üçün İran torpağında “tarixi cəhənnəm” yaratmaq həvəsi artır.
Mənbə qeyd edib ki, son günlərdə iranlı gənclər arasında ABŞ və İsrailə qarşı cavab hərbi əməliyyatlarında iştirak etmək üçün kütləvi maraq müşahidə olunur.
“ABŞ intihar və özünüməhv taktikası ilə Hörmüz boğazını açmaq istəyir; bu, normaldır. Biz həm onların intihar strategiyasının reallaşmasına, həm də boğazın bağlı qalmasına hazırıq” - deyə hərbi mənbə əlavə edib.