Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunub -
1xeber.media xəbər verir ki,bu barədə ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində bildirib.
“Mesajların ötürülməsini həyata keçirən vasitəçi ölkələr mövcuddur və irəliləyiş, müəyyən konkret irəliləyiş əldə edilib” - deyə Dövlət Departamentinin rəhbəri qeyd edib.
Bununla belə, telekanalın məlumatına görə, Rubio İran tərəfindən dialoqun məhz kiminlə aparıldığını açıqlamayıb. O, danışıqlar prosesinin “davamlı və dinamik xarakter” daşıdığını vurğulayıb.
Dövlət Departamentinin rəhbəri həmçinin bildirib ki, digər ölkələr Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasında maraqlı olmalıdırlar.
“Digər dövlətlər oradan bizimlə müqayisədə xeyli çox yanacaq alırlar” - deyə ABŞ dövlət katibi bəyan edib.