ABŞ prezidenti Donald Tramp İranın enerji sisteminə zərbələr endirilməsinə qoyulan moratoriumun müddətini aprelin 6-dək uzadıb.
1xeber.media-nın məlumatına görə,Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında bu qərarın məhz “İran hökumətinin xahişi ilə” qəbul edildiyini dəqiqləşdirib.
“Mən elektrik stansiyalarının məhv edilməsi dövrünü 10 gün müddətinə - 6 aprel 2026-cı il, bazar ertəsi günü Şərq vaxtı ilə saat 20:00-dək (Bakı vaxtı ilə ertəsi gün saat 04:00-dır - red.) dayandırıram” - deyə Trampın paylaşımında bildirilir.
ABŞ prezidenti Tehranla danışıqların “çox yaxşı getdiyini” əlavə edib. O, bir sıra kütləvi informasiya vasitələrində təmasların kəsildiyi barədə yayılan məlumatları təkzib edib.