Вернуться назад Распечатать

İsrail İran hərbi rəhbərliyinin nümayəndələrinə qarşı hədəflənmiş əməliyyatları davam etdirəcək

İsrail Ordusu (SAXAL) İran hərbi rəhbərliyinin nümayəndələrinə qarşı hədəflənmiş əməliyyatları davam etdirmək niyyətindədir.

1xeber.media xəbər verir ki,İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin Bəndər-Abbasda zərərsizləşdirilməsindən sonra İsrail Ordusunun (SAXAL) mətbuat katibi, briqada generalı Effi Defrin bu barədə bəyanat verib.
Onun sözlərinə görə, bu cür hərəkətlər ölkənin təhlükəsizliyinə yönəlmiş təhdidlərin aradan qaldırılması üzrə daha geniş strategiyanın tərkib hissəsidir. Defrin bəyan edib ki, İsrail üçün təhlükə yaradanların təqibi davam etdiriləcək və artıq həyata keçirilmiş əməliyyatlarla məhdudlaşmayacaq.
Müharibə dövründə İsrail hərbçiləri İranın müdafiə sənayesinin min dənə çox obyektinə zərbə endiriblər. Söhbət raketlər, pilotsuz uçuş aparatları və müdafiə sistemləri istehsal edən müəssisələrdən gedir - deyə ordunun mətbuat katibi dəqiqləşdirib.
Onun sözlərinə görə, İsrail ordusu hədəflər siyahısını genişləndirmək niyyətindədir. Zərbələr bütün hərbi istehsal infrastrukturuna, o cümlədən podratçı şirkətlərə endirilir.
“Biz həmçinin subpodratçıları da tapacağıq” - deyə Defrin bildirib.
O qeyd edib ki, yaxın günlərdə hərbçilər əldə olunmuş nəticələri inkişaf etdirməyi və İsrail üçün təhlükə səviyyəsini uzunmüddətli dövr üçün azaltmağı planlaşdırırlar.