Вернуться назад Распечатать

Sahibkarlar ordu ehtiyacları üçün büdcəyə pul köçürəcəklər

Rusiya prezidenti Vladimir Putin sənayeçi və sahibkarların qurultayı çərçivəsində iri biznes nümayəndələri ilə keçirdiyi qapalı görüşdə onları ordu ehtiyacları üçün federal büdcəyə könüllü vəsait köçürməyə çağırıb.

1xeber.media xəbər verir ki, “The Bell” nəşrinin görüşün gedişatı ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, Putin iş adamlarına müharibəni davam etdirmək niyyətində olduğunu bəyan edib.
“Dedilər ki, döyüşəcəyik” - deyə mənbələrdən biri prezidentin çıxışının mahiyyətini çatdırıb. Digər mənbə isə söhbətin Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin inzibati sərhədlərinə qədər irəliləməsindən getdiyini dəqiqləşdirib.
Rusiya prezidenti biznesmenlərə büdcəyə könüllü ianələr etməyi təklif edib.
Nəşrin məlumatına görə, bu təşəbbüs “Rosneft”in rəhbəri İqor Seçinə məxsusdur. O, görüş ərəfəsində Putinə məktub ünvanlayaraq “ölkə üçün ağır olan bu dövrdə biznesi silkələmək” ideyasını irəli sürüb.