Вернуться назад Распечатать

İran Araqçı və Qalibafa qarşı təhdidlərlə bağlı BMT-yə məktub göndərib

1xeber.media Associated Press-ə istinadla  xəbər verir ki, İran xarici işlər naziri Abbas Araqçı və parlament sədri Məhəmməd Baqer Qalibafın məhv ediləcək "hədəf siyahısı"na daxil edilməsi barədə məlumatlarla əlaqədar Birləşmiş Millətlər Təşkilatına rəsmi məktub ünvanlayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani tərəfindən imzalanmış məktubda, atəşkəs danışıqları fonunda Araqçı və Qalibafın İsrail və ABŞ-ın hədəf siyahısından müvəqqəti olaraq çıxarılması barədə media xəbərlərinə diqqət çəkilir.
«Bu xəbərlər İran İslam Respublikasının yüksək vəzifəli siyasi şəxslərinin qətlini nəzərdə tutan əməliyyat planının mövcudluğundan xəbər verir», - deyə məktubda bildirilir.
Sənəddə həmçinin qeyd olunur ki, «iddia edilən "dayandırmanın" şərti xarakteri bir daha təhdidin real, qəsdən və davamlı olduğunu vurğulayır». İran hər hansı bu cür proqramı «dövlət terrorizmi» adlandırıb.