ABŞ və İsrailin Tehrana qarşı əməliyyatları fonunda Rusiya İrana kəşfiyyat məlumatları ötürmür.
1xeber.media xəbər verri ki,bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "France Télévisions" teleşirkətinə müsahibəsində bildirib.
“Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik, lakin İrana kəşfiyyat məlumatları ilə kömək etdiyimiz barədə ittihamlarla razılaşa bilmərik”, - deyə o qeyd edib.
Lavrov vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və onun rəsmi nümayəndəsi Dmitri Peskov artıq Tehrana kəşfiyyat məlumatlarının ötürülməsi mövzusu ilə bağlı şərhlər veriblər.
“Onlar bildirdilər ki, Rusiyanın həqiqətən də İranla sıx münasibətləri var. Bizim hərbi-texniki əməkdaşlıq haqqında sazişimiz mövcuddur”, - deyə Lavrov əlavə edib.
Nazir həmçinin qeyd edib ki, Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarının koordinatları regionda hər kəsə məlumdur.
“İranın həmin bazalara hücum etməsi məndə təəccüb doğurmur”, - deyə Lavrov bildirib.