Вернуться назад Распечатать

Azərbaycan nefti rekord həddə bahalaşdı

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,55 ABŞ dollar artıb.

1xeber.media Modern.az-a istinadla  xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,55 ABŞ dolları və ya 6,6 % artaraq 121,25 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.