İsrail Ordusu (SAXAL) İranın dəniz silahları istehsalı üzrə “ən mərkəzi” obyektinə zərbə endirib.
1xeber.media xəbər verir ki,İsrail Ordusu Yəzd şəhərindəki hərbi obyektə hücum təşkil edildiyi barədə məlumat yayıb.
Sözügedən infrastrukturdan İranın hərbi dəniz qüvvələri tərəfindən “üstüaçıq gəmilərdən, sualtı qayıqlardan və helikopterlərdən həm hərəkət edən, həm də stasionar dəniz hədəflərinə atılmaq üçün nəzərdə tutulan müasir raketlərin” planlaşdırılması, hazırlanması, yığılması və saxlanılması məqsədilə istifadə olunub.
İsrail Ordusu (SAXAL) qeyd edir ki, vurulan hədəf İranın dəniz raketləri və minalarının istehsal edildiyi “ən mərkəzi” məkan hesab olunurdu.”