Xəbər verdiyimiz kimi,Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan nüfuzlu “STRATCOM Zirvesi 2026” (Uluslararası Stratejik İletişim Zirvesi) beynəlxalq forumu işə başlayıb.
1xeber.media xəbər verir ki,Forumda 50-dən çox ölkədən dövlət rəsmiləri, nazirlər, diplomatlar, tanınmış jurnalistlər və akademiklər iştirak edirlər.
Azərbaycanlı jurnalist Vasif Həsənli özünün facebook səhifəsində Forumdan özəl görüntülər paylaşaraq qeyd edib ki:
"Bu tədbir 2021-ci ildən keçirilən STRATCOM platformasının 5-ci zirvəsidir. Builki forumun əsas müzakirə mövzusu “Beynəlxalq sistemdə parçalanma: böhranlar, narrativlər və yeni nizam axtarışı” adlanır.



