Вернуться назад Распечатать

Çin Tayvanla müharibədə yüzlərlə köhnə təyyarədən dron-kamikadze kimi istifadə etməyə hazırlaşır

1xeber.media xəbər verir ki,“Reuters” agentliyinin mənbələrinə istinadən verdiyi məlumata görə, Çin Tayvan boğazı yaxınlığındakı aviabazalarda zərbə pilotsuz uçuş aparatlarına çevrilmiş 200-dən çox “J-6” qırıcısını yerləşdirib.

Agentliyin məlumatına görə, bu dronlardan münaqişənin ilkin mərhələsində Tayvanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün kütləvi şəkildə istifadə ediləcəyi gözlənilir. Ekspertlər qeyd edirlər ki, bu aparatlar ənənəvi dronlardan daha çox qanadlı raketlər amili kimi fəaliyyət göstərəcəklər.
Tayvan xəbərdarlıq edir ki, belə bir taktika onu nisbətən ucuz pilotsuz aparatları vurmaq üçün baha başa gələn raketlərdən istifadə etməyə məcbur edə bilər. Bununla əlaqədar olaraq, dronlarla mübarizə sistemlərinin modernləşdirilməsi planlaşdırılır.
“J-6” (Sovet “MiQ-19” təyyarəsinin Çin versiyası) Çində 1950-ci illərdən 1980-ci illərə qədər istehsal olunub. Bu təyyarələrin istismardan çıxarılmasına 1990-cı illərdə başlanılsa da, onların bir çoxu pilotsuz kamikadze aparatlarına çevrilib.