Вернуться назад Распечатать

“COSCO” şirkətinə məxsus iki konteyner gəmisi Hörmüz boğazından geri dönmək məcburiyyətində qalıb.

“COSCO” şirkətinə məxsus iki konteyner gəmisi Hörmüz boğazından keçməyə cəhd etsə də, geri dönmək məcburiyyətində qalıb.

“COSCO” şirkətinin Fars körfəzi ölkələrinə reyslər üçün sifarişlərin qəbulunu bərpa etdiyini elan etməsindən sonra gecə saatlarında baş verən yeni hadisələr Hörmüz boğazındakı vəziyyətin son dərəcə qeyri-sabit qaldığını sübut edir.
1xeber.media xəbər verir ki,“MarineTraffic” məlumatlarına görə, şirkətin iki nəhəng konteyner gəmisi - “CSCL Indian Ocean” və “CSCL Arctic Ocean” boğazdan keçməyə cəhd göstərib. Lakin Bakı vaxtı ilə təxminən saat 07:20 və 07:50 radələrində gəmilərin geri dönməsi təhlükəsiz keçidə zəmanət verilməsinin qeyri-mümkünlüyü amilinə işarə edir.
Bu, münaqişənin başlanğıcından bəri iri konteyner gəmisinin boğazı keçmək üçün etdiyi ilk cəhddir.