Вернуться назад Распечатать

Kuba kömək üçün Vatikana müraciət edib

1xeber.media xəbər verir ki,“The Washington Post” nəşrinin məlumatına görə, Kuba kömək üçün Vatikana müraciət edib.

Yüksək səviyyəli görüşlərdə, o cümlədən Papa XIV Lev ilə danışıqlarda Kuba rəsmiləri Vatikandan ABŞ ilə müzakirələrdə vasitəçi qismində çıxış etməsini xahiş ediblər.
Danışıqların gedişatına bələd olan bir neçə şəxsin sözlərinə görə, əsas məqsəd dialoqa nail olmaq və Ağ Evin Kubanı faktiki neft blokadası vasitəsilə təcrid etməyə yönəlmiş təzyiqini zəiflətməkdir. Belə ki, mövcud vəziyyət adada kəskin yanacaq qıtlığına səbəb olur və elektrik enerjisinin kəsilməsi problemini daha da dərinləşdirir.