İran qüvvələri Küveytdə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inşa edilən Mübarək əl-Kəbir limanına pilotsuz uçuş aparatları və qanadlı raketlərlə zərbə endirib.
Küveyt rəsmilərinin verdiyi məlumata görə, hücum nəticəsində maddi ziyan dəysə də, xəsarət alan olmayıb.
1xeber.media “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu, görünür, müharibə başlayandan bəri Fars körfəzi ölkələrində Çin layihəsinə qarşı həyata keçirilən ilk hücumdur.
Xatırladaq ki, bu gün səhər saatlarında Küveyt Əl-Küveyt şəhəri yaxınlığındakı Şuvayx limanına da dron hücumu edildiyi barədə məlumat vermişdi. Orada da insan tələfatı qeydə alınmasa da, maddi ziyanın olduğu bildirilmişdi.