Вернуться назад Распечатать

Kuba üçün humanitar yardım daşıyan gəmilər radarlardan itib

Meksika Hərbi Dəniz Qüvvələri ötən gün Kubaya humanitar yardım aparan iki gəminin yoxa çıxdığı barədə məlumat yayıb.

1xeber.media “CBS News”-a istinadla  xəbər verir ki, gəmilərin göyərtəsində müxtəlif millətlərdən olan heyət üzvləri olub.

İlkin məlumatlara görə, hər iki gəmi martın 20-də Meksikanın cənub-şərqindəki Kintana-Roo ştatının Isla-Muxeres adasından yola düşüb. Onlar bu həftənin çərşənbə axşamı və ya çərşənbə günü Kubanın paytaxtı Havanaya çatmalı idilər.
Gəmilərdə ABŞ-ın yanacaq tədarükünə tətbiq etdiyi embarqo səbəbindən Kuba sakinləri üçün zəruri olan ərzaq və digər mallar daşınırdı. Hazırda gəmilərin heç birindən SOS siqnalı daxil olmayıb.