Bu gün yağan güclü yağışlar səbəbindən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin Pənahabad küçəsini su basıb.
1xeber.media xəbər verri ki,“Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, intensiv yağıntı nəticəsində qəsəbənin bir sıra küçələrində suyun səviyyəsi xeyli yüksəlib və bu da nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.
Bəzi ərazilərdə isə yollar demək olar ki, keçilməz vəziyyətə düşüb. Sakinlər bildirir ki, hər yağışdan sonra oxşar vəziyyət təkrarlanır: “
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
“Vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etmişik. Göründüyü kimi intensiv yağışlar yağmağa davam edir. Ərazidə aidiyyəti qurumlar yaranmış problemlərin qarşısını almağa çalışırlar”.