Вернуться назад Распечатать

ABŞ Rusiyanın Yaxın Şərqdəki münaqişəyə müdaxiləsi ilə bağlı açıqlama verib

ABŞ Rusiyanın İrana qarşı əməliyyata heç bir şəkildə müdaxilə etdiyini və ya mane olduğunu görmür.

1xeber.media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Moskva İrana qarşı əməliyyata mane ola biləcək və ya onun effektivliyinə təsir edə biləcək heç bir tədbir görmür.

Bir müddət əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Kremlin ABŞ və İran arasında aparıldığı iddia edilən danışıqların təfərrüatlarından xəbərsiz olduğunu, lakin münaqişəyə son qoymaq üçün edilən hər hansı bir cəhdi alqışladığını bildirmişdi.