1xeber.media xəbər verir ki, Hindistanın Müdafiə Nazirliyi Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin alınması üçün ümumi məbləği 2,38 trilyon rupi (25 milyard dollar) olan təklifləri təsdiqlədiyini açıqladı.
Müdafiə Nazirliyinin bir hissəsi olan Müdafiə Satınalma Şurası da orta hərbi nəqliyyat təyyarələrinin və hücum pilotsuz uçuş aparatlarının (PUA) alınmasını təsdiqlədi.
Nazirlik qeyd edib ki, "Hindistan Hərbi Hava Qüvvələrinin orta nəqliyyat təyyarələri və S-400 uzaq mənzilli hava hücumundan müdafiə raket sistemi əldə etməsi ilə bağlı təkliflər təsdiqlənib".
Əvvəllər Hindistanın Rusiyadan beş S-400 batalyonu almağı planlaşdırdığı bildirilirdi.