İranın endirdiyi raket zərbəsi Qüds və Qüds ətrafındakı yaşayış binalarına ciddi ziyan vurub.
1xeber.media xəbər verir ki,yerli KİV məlumatına görə, İran tərəfindən atılan ballistik raketlər Qüdsün mərkəzində və ətraf qəsəbələrdə bir neçə yaşayış binasını qismən dağıdıb, çoxlu sayda avtomobil yararsız hala düşüb. Hadisə yerinə gələn İsrail polisi və xilasetmə qrupları dağıntılar altında qalanların axtarışını davam etdirir.
İlkin məlumatlara görə, bir neçə mülki şəxs yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib. Raketlərin birbaşa binaya çırpılması və ya havadan müdafiə sistemləri tərəfindən vurulan raket hissələrinin düşməsi faktı araşdırılır.
Qeyd edək ki, bu hücum İsrail və ABŞ-ın Tehrandakı hədəflərə, o cümlədən bank müəssisələrinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
Hazırda İsrail Ordusu (SAXAL) və koalisiya qüvvələri İrandan gələn yeni hücum dalğalarını dəf etmək üçün tam hazır vəziyyətə gətirilib.