Вернуться назад Распечатать

İran ABŞ və İsrailin poladəritmə zavodlarına endirdiyi zərbələrə cavab olaraq vuracağı yerlərin siyahısını yaydı

İran ABŞ və İsrailin bu gün İranın poladəritmə zavodlarına endirdiyi zərbələrə cavab olaraq İsraildə və Fars körfəzinin ərəb monarxiyalarında yerləşən altı poladəritmə zavoduna hücum anons edib.

 1xeber.media xəbər verir ki,hədəflər siyahısında bunlar yer alır:
 İsrail - Yehuda Steel (Aşdod);
 Bəhreyn - Foulath (Əl-Hidd);
 BƏƏ - Emirates Steel Arkan (Əbu-Dabi);
 Küveyt - United Steel Industrial Co. (Şuayba);
 Səudiyyə Ərəbistanı - Hadeed (Əl-Cübeyl);
 Qətər - Qatar Steel (Mesaid).
Xəbərdarlıqda qeyd olunur ki, bu obyektlər artıq “birbaşa və qanuni hərbi hədəflər” sayılır və yaxın saatlarda hücuma məruz qala bilər. Onların yaxınlığında olan bütün işçilər, mülki şəxslər və sakinlər dərhal təxliyə olunmalıdır.
 SEPAH bildirib ki, artıq “gözə-göz” prinsipi ilə mütənasib cavablar verilməyəcək