Rusiya İrana modernləşdirilmiş pilotsuz uçuş aparatları göndərib.
Rusiya İrana pilotsuz uçuş aparatlarından ibarət partiya göndərir, bu sıraya Tehran tərəfindən Ukraynaya müdaxilədən sonra Moskvaya verilmiş texnologiyaların modernləşdirilmiş versiyaları da daxildir.
1xeber.media xəbər verir ki,bu barədə Associated Press agentliyinə amerikalı və avropalı rəsmilər məlumat verib.
“Bu ay Rusiya və İran rəsmiləri pilotsuz aparatların Rusiyadan İrana ötürülməsi ilə bağlı ‘çox fəal’ danışıqlar aparıblar”, - deyə Avropa kəşfiyyatının nümayəndəsi AP-yə bildirib.
“ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, bunun birdəfəlik tədarük, yoxsa silsilə şəklində davam edəcək prosesin bir hissəsi olduğu hələlik məlum deyil. Rəsmilərin heç biri bu tədarükün nə dərəcədə əhəmiyyətli olduğunu və neçə pilotsuz aparat göndərildiyini açıqlaya bilməyib”, - hesabatda əlavə olunub.
AP-nin məlumatına görə, “digər bir avropalı rəsmi bildirib ki, az sayda pilotsuz aparat müharibənin nəticəsinə ciddi təsir göstərməyəcək. Həssas məsələlərin müzakirəsi səbəbilə bütün rəsmilər anonim qalmaq şərti ilə danışıb”.