Вернуться назад Распечатать

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı gəmisini göndərə bilər

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı gəmisini göndərə bilər

1xeber.media xəbər verir ki,bu barədə CBS News məlumat yayıb.

“USS George H.W. Bush” gəmisinin rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında iştirak etmək üçün Yaxın Şərqə göndərilə bilər. Bu barədə “CBS News” Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, aviadaşıyıcı gəmi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında yerləşdiriləcək. Qeyd edək ki, bu komandanlıq Yaxın Şərq və Mərkəzi Asiyadakı əməliyyatlara cavabdehdir.
Hazırda regionda artıq “Gerald R. Ford” və “Abraham Lincoln” aviadaşıyıcıları mövcuddur.