Вернуться назад Распечатать

NATO ölkələrinin bir hissəsi alyans nizamnaməsinin 5-ci maddəsinin müdafiəsindən məhrum ola bilər

NATO ölkələrinin bir hissəsi alyans nizamnaməsinin 5-ci maddəsinin müdafiəsindən məhrum ola bilər.

ABŞ prezidenti Donald Tramp hərbi xərclərini ÜDM-in 5%-i səviyyəsinə çatdırmayan NATO ölkələrini alyans nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsindən yararlanmaq hüququndan məhrum etmək imkanını nəzərdən keçirir.
1xeber.media xəbər verir ki,“Telegraph” nəşrinin yazdığına görə, belə müttəfiqlər həmçinin NATO-nun birgə missiyalarının genişləndirilməsi ilə bağlı qərarların qəbulunda iştirak hüququnu da itirə bilərlər.
Qəzetin iddiasına görə, ABŞ nümayəndələri artıq bir neçə görüşdə bu ideyanı irəli sürüblər. Lakin mənbələrin bildirdiyinə görə, Brüsseldəki alyans qərargahında bu məsələ hələlik rəsmi şəkildə müzakirə olunmayıb. Bu amil NATO daxilində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblərin kəskinləşəcəyini göstərir.