1xeber.media xəbər verir ki, İran silahlı qüvvələri İsrailə yeni atəş açıb.
Bəyanatda deyilir: "İşğal olunmuş ərazilərə İran raketlərinin yeni dalğası atılıb". Hücumun təfərrüatları hələlik açıqlanmayıb.
Bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Dubayda "Ukrayna ilə əlaqəli" pilotsuz təyyarə əleyhinə sistem anbarına zərbə endirib və onu məhv edib. Anbarda 21 Ukrayna vətəndaşının olduğu bildirilir.
İran həmçinin Dubaydakı ABŞ hərbi sığınacaqlarına böyük zərbə endirdiyini açıqlayıb. "Dubaydakı iki sığınacağa zərbə endirilib: birinci sığınacaqda 400-dən çox [ABŞ əsgəri], ikinci sığınacaqda isə 100-dən çox əsgər yerləşdirilib. Onlara ciddi ziyan dəyib", - bəyanatda deyilir.