1xeber.media xəbər verir ki, İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına endirdiyi zərbə nəticəsində "kritik" Amerika E-3 Sentry təyyarəsi zədələnib.
E-3 Sentry döyüş sahəsinin idarə olunmasında əsas rol oynayır və yüzlərlə kilometr uzaqlıqdakı pilotsuz uçuş aparatlarını (PUA), raketləri və digər təyyarələri izləyir.
Hücum zamanı bir neçə Amerika hərbçisinin də yaralandığı bildirilir. Rəsmilər hücumun raketlər və dronlardan istifadə edilərək həyata keçirildiyini bildirirlər.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri və İslam Dövlətləri üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Neyt Svonson ABŞ ilə İran arasındakı münaqişənin tez bir zamanda bitməyəcəyini bildirmişdi. O, əlavə edib ki, hər iki tərəfin irrasional özünəinamsızlığı narahatlıq doğurur.