Вернуться назад Распечатать

Xəzər dənizinin çirklənməsi səbəbindən çimərliklərin 70%-i bağlanıb

Xəzər dənizinin çirklənməsi səbəbindən Dağıstan çimərliklərinin təxminən 70%-i bağlanıb: sahil xətti boyunca tələf olmuş suiti və quş cəsədləri yayılıb.

1xeber.media xəbər verir ki,Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, heyvan qırğınına ilkin amil kimi şəhər kanalizasiya sularının dənizə axıdılması göstərilir. Yerli sakinlər və turistlər bu barədə dəfələrlə hakimiyyət orqanlarına müraciət etsələr də, problem hələ də həllini tapmayıb. Mütəxəssislərin dənizdən götürdüyü nümunələr Mahaçqalada normalara tamamilə cavab vermir. Kaspiyskdə bu göstərici 37,5%, Dərbənddə 11,1%, İzberbaşda 25%, Qayakənd rayonunda isə 40% təşkil edir.
Payızda “Rospotrebnadzor” gigiyenik normaların pozulmasına görə Mahaçqala administrasiyasına xəbərdarlıq etmiş, meriya çimərliklərin mövsümə hazır olmaması səbəbindən 10 min rubl məbləğində cərimələnmişdi. Bununla belə, Dağıstan sakinləri təmizləmə işlərinin çox ləng getdiyini və yaya qədər adekvat istirahət yerlərinin olacağına ümid etmədiklərini bildirirlər.