Ukrayna xammalın ixracını və emalını iflic etmək məqsədilə Rusiya Baltik regionunun neft infrastrukturuna hücumlarını gücləndirib.
Zərbələr əsasən strateji əhəmiyyətli Primorsk və Ust-Luqa limanlarına, həmçinin Yaroslavl və Kirişi neft emalı zavodlarına endirilib.
1xeber.media xəbər verir ki,Analitik Yevgeni İstrebinn qeyd edir ki, bu obyektlər və hazırda fəaliyyət göstərməyən “Dostluq” neft kəməri vasitəsilə sutkada təxminən 2,6 milyon barrel neft nəql olunub - bu, ölkədəki ümumi hasilat həcminin 28%-i deməkdir. Ekspertin fikrincə, belə nəhəng axınları digər regionlara yönəltmək texniki baxımdan qeyri-mümkündür.
Bu əməliyyatların əsas məqsədi ixracı bir neçə ay ərzində bloklamaqdır. Mövcud anbarlar tam dolduqdan sonra bu amil istehsalçıları quyuların konservasiyasına başlamağa və ümumi neft hasilatını sutkada 1-2 milyon barrel azaltmağa məcbur edə bilər.