1xeber.media The Telegraph-a istinadla xəbər verir ki,: Trampın başlatdığı müharibə uzandıqca, qlobal ərzaq böhranı daha da dərinləşəcək.
Şimal yarımkürəsində əkin mövsümü ərəfəsində karbamid (moçevina), ammonyak və kükürd tədarükünün 27 gün ərzində dayanması məhsuldarlığın aşağı düşməsi və dünya bazarında ərzaq qiymətlərinin kəskin artması riskini yaradır.
Gübrə qıtlığı: Hörmüz boğazının blokadaya alınması qlobal karbamid ixracının 43%-ni təmin edən regiondan tədarükü kəsib. Karbamid qiymətləri artıq fevral ayından bəri 50% bahalaşaraq tonu 720 dollara çatıb.
Əkin mövsümünün pozulması: Mart ayı əkin üçün kritik dövr olduğu üçün gübrə çatışmazlığı payız məhsuldarlığına birbaşa zərbə vuracaq.
Aclıq riski: BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edir ki, münaqişənin davam etməsi dünyada daha 45 milyon insanı kəskin aclıq həddinə çatdıra bilər.
Strateji xammal çatışmazlığı: Təkcə gübrə deyil, həm də texnoloji sənaye və kənd təsərrüfatı üçün vacib olan kükürd və ammonyak tədarükü də dayanıb.
Bu vəziyyət xüsusilə idxaldan asılı olan Asiya və Afrika ölkələri ilə yanaşı, ABŞ-ın özündə də fermerlərin xərclərini artıraraq "Trampflyasiya" (Trumpflation) riskini gücləndirir.