SEPAH Vaşinqtonun onun tələblərini yerinə yetirməyəcəyi təqdirdə Yaxın Şərqdəki Amerika universitetlərinə zərbələr endirəcəyi ilə hədələyib.
1xeber.media-nın məlumatına görə,İran tərəfi bəyan edib ki, bu addım ABŞ və İsrailin İranın iki universitetini dağıtmasına cavab olacaq.
Bəyanatda deyilir: “Əgər ABŞ hökuməti regiondakı universitetlərinin cavab tədbirlərindən qorunmasını istəyirsə, martın 30-u, bazar ertəsi günü Tehran vaxtı ilə saat 12:00-a qədər rəsmi bəyanatla universitetlərin bombalanmasını pisləməlidir.”
SEPAH regiondakı Amerika universitetlərinin bütün əməkdaşlarına, müəllim və tələbə heyətinə, həmçinin ətraf ərazilərin sakinlərinə kampuslardan bir kilometr məsafədə uzaq durmağı tövsiyə edib.
İran mediasının məlumatına görə, martın 27-dən 28-nə keçən gecə İranın Elm və Texnologiya Universitetinə zərbələr endirilib, nəticədə binalara ziyan dəyib, lakin tələfat qeydə alınmayıb.