Вернуться назад Распечатать

İsrail yaxın günlərdə Qəzza ilə atəşkəs barədə danışacaq

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gedəcək.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 17-də mənbə məlumat yayıb.

“Mənbələr bildiriblər ki, yaxın günlərdə Qəzza zolağında atəşkəs sazişinin imzalanması gözlənilir”, - materialda deyilir.Həmin gün səhər saatlarında Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı Fələstinin HƏMAS hərəkatı ilə İsrail hakimiyyətinin dekabrın sonuna qədər girovların azad edilməsi ilə bağlı razılığa gələ biləcəyini bildirib.