Husilər İsrailin Eylat şəhərinə hücuma görə məsuliyyəti üzərinə götürüblər.
1xeber.media xəbər verir ki,hərəkatın bəyanatında İsrailin cənubundakı “bir sıra həyati vacib və hərbi obyektləri hədəf alan qanadlı raket və pilotsuz uçuş aparatları (PUA) yaylımı” həyata keçirildiyi bildirilir. Husilərin hərbi nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalının efirində bəyan edib ki, İsrail İran və Livana zərbələri dayandırana qədər hücumlar davam edəcək.
İsrail Ordusu (SAXAL) axşam saatlarında Eylat üzərində bir PUA-nın vurulduğunu, günün əvvəlində isə Yəməndən atılan qanadlı raketin İsrail sərhədlərinə çatmadan ələ keçirildiyini bildirib.