İranın qərbindəki Borucerd şəhərində yaşayış kompleksinə endirilən aviazərbə nəticəsində Müdafiə Nazirliyinin nüvə proqramının hərbi aspektinə cavabdeh olan Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatının (SPND) tədqiqat şöbəsinin rəhbəri Əli Puladavand öldürülüb.
1xeber.media xəbər verir ki,İsrail mənbələri və monitorinq kanallarının verdiyi məlumata görə, martın 28-i səhər saatlarında İsrail Ordusunun (SAXAL) hərbi hava qüvvələri Puladavandın olduğu binaya zərbə endirib.
İsrail artıq 2025-ci ilin iyununda onu məhv etməyə cəhd göstərmişdi - həmin vaxt onun həyat yoldaşı həlak olsa da, özü sağ qalmağı bacarmışdı.