Вернуться назад Распечатать

İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı bazasında məhv edilən E-3G Sentry təyyarəsinin peyk görüntülərini yayıb

İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı bazasında məhv edilən E-3G Sentry təyyarəsinin peyk görüntülərini yayıb.

1xeber.media-nın  məlumatına görə, söhbət martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına endirilən zərbədən əvvəl və sonrakı görüntülərdən gedir.
İddia olunur ki, zərbə nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus E-3G Sentry AWACS erkən xəbərdarlıq və idarəetmə təyyarəsi ya məhv edilib, ya da ciddi şəkildə yararsız hala salınıb.
Bu tip təyyarələr ABŞ-ın hava əməliyyatlarında əsas rol oynayır - onlar hava məkanına nəzarət, hədəflərin izlənməsi və döyüş əməliyyatlarının koordinasiyası üçün istifadə olunur.
Bəzi məlumatlara görə, həmin hücum zamanı ABŞ hərbçiləri də yaralanıb və bir neçə digər təyyarə zədələnib.